Fransız aktyor səhvən Azərbaycandan Ermənistana keçib - Erməni ssenarisi
Erməni əsilli rejissor Serj Avedikyan komediya janrında yeni film çəkib.
9 İyun 2016 13:03 DünyaErməni əsilli rejissor Serj Avedikyan komediya janrında yeni film çəkib.
Azvision.az bildirir ki, filmdə baş rolu Patrik Çene ifa edib. "Gözlənilən şəxs" filminin süjet xəttinə əsasən, aktyor Jan Pol Bolzak Azərbaycana gələrək burada Fransa təşkilatlarının birində tamaşada oynayır. Hava limanına gedən zaman onun içərisində olduğu taksinin mühərriki xarab olur və o, yolun ortasında tək qalır.
Filmdə əks olunur ki, baş qəhrəman özü də bilmədən sərhədi keçərək Ermənistan tərəfinə keçir.
Filmdə əsas hadisələr məhz bundan sonra başlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00