Dünyanın ən çətin və həyəcanlı yarışı VIDEO
23 May 2016 18:48 DünyaAlmaniyada dünyanın ən çətin və həyəcanlı yarışlarından biri keçirilib. Nürburqrinq şəhərinə toplaşan 10 mindən çox iştirakçı bir-birindən fərqli maneələrlə dolu marafonu hamıdan əvvəl başa vurmağa çalışıb. "Pəhləvanlar Marafonunda" iştirak edənlər arasında peşəkar idmançılar və turistlər də olub. Bəziləri sadəcə adrenalin yaşamaq məqsədi ilə qüvvəsini sınayıb. İştirakçılar finiş xəttinə çatmaq üçün gah kəndirlə yuxarı dırmanıb, gah avtomobil təkərləri üzərindən keçib, gah da suyun içində irəliləməli olub. Yoldakı maneələr iştirakçıların o qədər də uzaqda olmayan finiş xəttinə çatmasını daha da çətinləşdirib. Bəziləri yarışı sonadək davam etdirsə də, bir çox iştirakçı yarı-yolda mübarizəni dayandırıb. Kifayət qədər yorucu olsa da, iştirakçıların böyük əksəriyyəti əyləndiklərini gizlətməyib. Yarışın sonunda Almaniyalı Robin Dexant bütün rəqiblərini qabaqlayıb. Qadın iştirakçılar arasında keçirilən yarışda isə Suzanna Kraus çempion adına layiq görülüb. Sözügedən atlet daha əvvəl də bu yarışın qalibi olmuşdu.