İsrail sərhədçisi ona bıçaqla hücum edən fələstinli qadını öldürüb
23 May 2016 18:20 Dünyaİsrail sərhədçisi ona bıçaqla hücum edən fələstinli qadını öldürüb. APA-nın "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Yerusəlimdə (Qüds) Ras Bidu sərhəd-keçid məntəqəsində baş verib. Polis sözçüsünün bildirdiyinə görə, hadisə zamanı təhlükəsizik qüvvələrindən xəsarət alan olmayıb. "Sərhəd polisi üzərinə bıçaqla hücum edən qadına atəş açıb. Qadın hadisə yerində ölüb. Terrorçunun üzərində şəxsiyyətini təsdiqləyən heç bir sənəd olmayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00