""Kiralık aşk"dakı o rol mənə təklif edilmişdi"
23 May 2016 18:42 DünyaMüğənni və aktrisa Ayşegül Aldinç qonaq olduğu proqramlardan birində maraqlı açıqlamalar edib. Türkiyə mətbuatının məlumatına görə, o, rədd etdiyi serial təkliflərindən də danışıb:
"Hazırda bir layihə var, təklif gəlib. Amma hələ ssenarini oxumamışam... Razılaşsaq, çəkiləcəyəm. Qış seriallarını yayda çıxanlardan üstün tuturam. Rədd etdiyim layihələrdən birini çıxmaq şərti ilə, hamısı yayımını dayandırdı. "Kiralık aşk"da Nergis rolu mənə təklif edilmişdi, qəbul etmədim. Çünki "Pis yedili"də canlandırdığım Esma Sultan obrazına çox bənzəyirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00