Smartfon bazarında “Apple”ın payı 3,1 faiz azalıb
23 May 2016 18:40 DünyaBu ilin əvvəlindən smartfon bazarında ABŞ-ın "Apple" korporasiyasının payı azalmaqda davam edir. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumata görə, bu barədə Qərb KİV-i məlumat yayıb. Bildirilir ki, 2016-cı ilin birinci rübü ərzində dünya bazarında "Apple" elektron cihazlarının tədarükü 51 milyon 600 min ədədə qədər azalıb. Korporasiyanın məhsullarına tələbatın azalmasının davam etməsi səbəbindən, şirkət smartfon satışını həyata keçirən lider şirkətlərin TOP-5 reytinqində ikinci cərgəyə düşüb. Hazırda bu siyahıda ilk yeri Cənubi Koreyanın "Samsung" brendi tutur. Şirkət bu ilin yanvar-mart aylarında 81,2 milyon ədəd smartfon satışını həyata keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00