“Apple” 256 Gb yaddaşlı “iPhone 7 Plus” istehsal edəcək
23 May 2016 18:30 Dünya"Apple" korporasiyası "iPhone 7 Plus" smartfonunu 256 Gb daxili yaddaşla təchiz etməyi planlaşdırır. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumata görə, bu barədə internetdə dərc edilmiş yeni smartfonların şəkilləri deməyə əsas verir. Mütəxəssislərin fikrincə, şəkillər onu deməyə əsas verir ki, yeni nəsil "Apple" cihazları məlumatları saxlamaq və toplamaq üçün 16, 64 və 256 GB həcmində yaddaşa sahib olacaqlar. Xatırladaq ki, daha əvvəl korporasiya 16 Gb yaddaş həcminə malik həcmli smartfonların istehsalından imtina edib. Ancaq daha qənaətcil "iPhone 7" smartfon versiyalarını əldə etmək istəyən istifadəçilər bu qərarı dəstəkləməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00