Qazprom Estoniyadan çıxdı

Rusiyanın "Qazprom" şirkəti Estoniyanın "AS Eesti Qaz" qazpaylayıcı şirkətindəki payını satıb. Axar.az bildirir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. "Qazprom" şirkətdəki payını 24,6 milyon avroya satıb. Şirkət "AS İnfortar" investisiya kompaniyasının törəməsi olan "Trilini Enerji OU"-ya satılıb.

Qeyd edək ki, "Qazprom" 2014-cü ildə bu şirkətin səhmlərinin 37%-ni alıb. Bundan öncə rus şirkəti Finlandiyanın "Gasum" şirkətindəki aksiyalarının 25%-ni 251 milyon avroya satıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00