Sarkisyan daha bir generalı qovdu

Ermənistan prezidenti Serj Sarkisyan ordu rəhbərliyi ilə bağlı növbəti sərt tədbirlərə əl atıb. Modern.az bildirir ki, Serj Sarkisyan ölkənin Müdafiə Nazirliyinin baş idarə rəisi Melsik Çilingəryanı istefaya göndərib. General-mayor Çilingəryan işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, son 1 ayda Sarkisyan sayca 4-cü generalı vəzifəsindən kənarlaşdırıb. Bundan öncə, nazirliyin maddi-təchizat idarəsinin rəisi, general-leytenant Alik Mirzəbekyan, Baş Qərargahın kəşfiyyat xidməti rəhbəri general-mayor Arşak Karapetyan, nazirliyin rabitə və əlaqə idarəsinin rəisi, general-mayor Komitas Muradyan vəzifəsindən kənarlaşdırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00