Rus təyyarəsində təhlükə

Ötən axşam 150 yolçusu olan Rus Aeroflot şirkətinin SU-2343 saylı Kalinqrad -Hanover səfərini yerinə yetirən sərnişin təyyarəsi təcili şəkildə uçduğu havalimanına geri dönüb. Təyyarə havaya qalxdıqdan az sonra sərnişinlərdən biri təyarənin qanadının altından yanacaq sızdığını görərək olayı ekipaja bildirib. Təyyarənin baş pilotu yanacaq çənindən sızıntını müəyyən edib və təcili olaraq Kalininqarada geri dönüb. Təyyarədəki sərnişinlər 6 saat sonra Hanoverə  yenidən yola düşüblər . Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00