Merkel: Dünyanın humanitar prinsiplər üzrə yeni konsensusa ehtiyacı var

Dünyada humanitar prinsiplər üzrə yenilənmiş qlobal konsensusa ehtiyac var. Trend-in məlumatına görə, bunu Almaniya Kansleri Angela Merkel I Ümumdünya Humanitar Sammitinin açılışında deyib. Onun sözlərinə görə, son vaxtlar insan iztirablarının miqyası şoka salır.

Qeyd edək ki, mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti öz işinə başlayıb. Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək. Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00