"Tramp ABŞ üçün təhlükədir" - Klinton

ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton hesab edir ki, milyarder Donald Trampın siyasi baxışları və özü ABŞ üçün təhlükədir. Bu barədə 7News.Az "NBC News"-a istinadən xəbər verir. "Fikrimcə, onun fikirləri və ümumilikdə namizədliyi bizim ölkə üçün təhlükə yaradır", - deyə, Klinton qeyd edib. Bundan əlavə, Klinton vurğulayıb ki, o, özünü Demokratlar partiyasından faktiki namizədi hesab edir və ona görə də prezident yarışında Trampla mübarizəyə bütün diqqətini yönəltməyə hazırdır: "O, normal namizəd deyil. O, bizim ən yaxın müttəfiqimiz - Böyük Britaniyaya qarşı çıxır, Şimali Koreyadan olan diktatoru mədh edir, NATO-dan çıxmağımızı istəyir, digər ölkələrə nüvə silahı əldə etməyə imkan verəcəyini bildirir və s". Sabiq dövlət katibi bütün bunların birbaşa təhlükə xarakteri olduğunu bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00