Məktəbdə kabus peyda oldu - Uşaqlar qorxu içində VIDEO
20 May 2016 19:51 DünyaPerunun Tarapoto şəhərindəki məktəblərin birində qəribə və eyni zamanda qorxunc hadisə baş verib. 11-14 yaşlarında olan 100-ə qədər şagird sıx uzun saqqalı olan qara rəngli bir kabusun onları boğmaq istədiyini bildiriblər. Kabusu görən şagirdlər özlərini itirib və bəzilərində qıclomalar yaranıb.
Cənubi Amerika jurnalistləri yazır ki, Tarapoto məktəbində hadisə aprelin sonlarından başlayaraq, mütəmadi olaraq baş verir. Təxminən 100-ə qədər şagird elə dərs zamanı huşunu itirərək yerə yıxılıb və uzun müddət özünə gələ bilməyib. Qarabasmalar məktəblilərə əzab verib. Onların əksəriyyəti eyni kabusu gördüklərini deyib. Guya qara bir ruh onları boğmağa çalışır.
Yerli dairələr və həkimlər hələlik baş verənlərə izah tapa bilmir. Perunun parapsixioloqları hesab edir ki, məktəbdə kütləvi vahimənin səbəblərindən biri "pis ruhların" oyanması ola bilər. Məsələ burasındadır ki, qorxunc hadisənin baş verdiyi məktəb köhnə qəbiristanlığın olduğu yerdə inşa edilib. Vaxtilə həmin məzarlıqda mafiya üzvlərinin də qəbirləri olub. Ola bilsin ki, şagirdləri narahat edən məhz onlardır.
Başqa məlumatlara görə isə, bir neçə il əvvəl məktəbin yaxınlığında terror aktı törədilib və həmin ərazidə insan bədəninin qalıqları qalıb. Məhz buna görə də, son vaxtlar bir çox məktəbli özlərini qəribə aparır. Yerli dairələrin bu ehtimalları qəbul etməkdən başqa çıxış yolu yoxdur. Qorxunc hadisənin araşdırılması davam edir.