Tarkan arvadının hamilə olması barədə danışdı

Bir neçə həftə əvvəl Almaniyada sevgilisi Pınar Dileklə ailə quran müğənni Tarkan toyundan sonra ilk dəfə açıqlama verib. Türkiyə mətbuatı xəbər verir ki, Tarkan xanımının hamilə olması barədə yayılan xəbərlərə münasibət bildirib. "Yox, o xəbərlər doğru deyil. Bu yaxınlarda uşaq düşünmürük. Amma mən ata olmaq istəyirəm. Qız, ya da oğlan - fərqi yoxdur, əsas olan onun sağlam doğulmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00