“Apple” Hindistanda tərtibat mərkəzi açır

ABŞ-ın "Apple" korporasiyasının rəhbərliyi Hindistanda iOS əlavələrinin tərtibatı və inkişafı üzrə yeni mərkəz yaratmağı planlaşdırır. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, bu barədə korporasiyanın nümayəndələri bildiriblər. Bu tərtibatların arasında "Apple Maps" xidməti də var. Ölkənin cənubundakı Heydərabad şəhərində yerləşəcək bölmə 4 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq. Mərkəzin açılacağı dəqiq vaxt məlum deyil.

Xatırladaq ki, bir qədər əvvəl "Apple" şirkətinin rəsmiləri bildirib ki, proqram tərtibatına yönəlmiş daha bir filial gələn ilin sonuna qədər Hindistanın Banqalor şəhərində açılaraq istifadəyə veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00