Hazal Kaya İsa Kərimini məhkəməyə verdi

Aktrisa Hazal Kaya Türkiyədə təhsil alan 27 yaşlı iranlı fanatı İsa Yazdan Kərimidən polisə şikayət edib. Aktrisa məhkəmədən onun 3 illik həbs olunmasını tələb edib. Türkiyə mətbuatı xəbər verir ki, buna səbəb pərəstişkarının aktrisanı sosial şəbəkədə narahat etməsi və iş yerinə tez-tez hədiyyə göndərməsi olub. Hazal İstanbul Ailə Məhkəməsinə müraciət edərək təhlükəsizliyinin təmin edilməsi üçün ərizə yazıb.

"Facebook" səhifəsindəki mesajlarda və göndərdiyi güllərdə H.Kayaya "Ya Hazalım, ya ölüm", "Eşqim, həyat yoldaşım" tipli yazılar yazan İsa Yazdanın şübhəli şəxs qismində ifadəsi alınıb. O, Hazal Kaya ilə evlənmək istədiyini söyləyib. Məhkəmə onun 3 il 6 aylıq həbs olunması barədə qərar çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00