İŞİD-dən dəhşətli edam
20 May 2016 12:35 DünyaOnlar İraq hakimiyyətinə casusluqda ittiham edilirdilər. "İslam dövləti" beynəlxalq terror təşkilatının yaraqlıları İraqın Mosul şəhərində 25 nəfəri azot turşusu olan çənə yerləşdirərək edam ediblər. Bu barədə yerli KİV-ə istinadən "The Daily Mail" məlumat yayıb. Onlar İraq hakimiyyətinə və ölkənin xüsusi xidmətlərinə casusluqda ittiham edilirdilər. Nəşrin məlumatına görə, onları bir-birinə kəndirlə bağlayaraq turşu dolu hovuza salıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00