Yoxa çıxan təyyarənin qalıqları tapıldı

İçində 66 nəfər olan təyyarənin qalıqları yunan adasında aşkar edilib. Paris-Qahirə reysini həyata keçirərkən yoxa çıxan "EgyptAir" aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb. Anspress bildirir ki, bu barədə şirkət özü məlumat yayıb. "А320" təyyarəsinin qalıqları Yunanıstanın Karpatos adasında aşkar edilib. "Misirin mülki aviasiya nazirliyi hazırda rəsmi məktub alıb. Məktubda qeyd edilir ki, itkin təyyarənin qalıqları tapılıb", - deyə rəsmi açıqlamada qeyd edilir. Artıq təyyarədə olanların yaxınlarına bu barədə məlumat verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00