Rus gəmisi boğazdan keçib

Ötən gün axşam saat 18-30-19-00 radələrində  Rusiya Qara dəniz donanmasına aid olan 158 saylı Sezar Kunikov döyüş gəmisi İstanbul boğazından keçərək Mərmərə dənizinə daxil olub. Gəmi geniş təhlükəsizlik tədbirləri altında boğazdan keçib. Gəminin göyərtəsində çoxlu sayda silahlı hərbçi müşahidə edilib. Gəmi Türkiyə sərhəd qoşunlarının gəmiləri və havadan helikopterlə müşayiət edilib. Bu səhər gəminin Çanaqqala boğazından keçərək Ege dənizinə daxil olduğu bildilir. Ehtimal olunur ki, gəmi Suriyanın Tarsus limanına gedir.  Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00