Parazitlər hər 3 saniyədə 1 can alacaq

Terror qədər təhlükəli

Dünya ən azı beynəlxalq terror qədər təhlükəli olan başqa bir problemlə üz-üzə qalıb. Əgər qabaqlayıcı tədbir görülməsə bakteriyalar 2050-ci ilədək on milyonlarla insanı öldürəcək.

ATV.az bildirir ki, uzun müddətdir infeksion xəstəlikləri araşdıran alimlər güclü antibiotiklərə də davam gətirən bakteriyaların olduğu aşkarlayıb. Sayları sürətlə artan bu super-parazitlər yaxın gələcəkdə hər 3 saniyə ərzində bir nəfərin həyatına son qoyacaq. Bu, bir dəqiqə ərzində 20 nəfərin ölməsi deməkdir.

Bildirilir ki, sözügedən ümumbəşəri problemi həll etmək üçün milyardlarla dollarlıq fond yaradılmalıdır. Bu istiqamətdə daha güclü dərmanlar istehsal edilməli, dünya miqyasında insanlar təhlükə ilə bağlı məlumatlandırılmalı və maarifləndirilməlidir. Son iki il ərzində antibiotiklərə davamli parazitlər bir milyondan çox insanın həyatına son qoyub. Belə getsə, 2050-ci ilədək  il ərzində 10 milyondan çox insan bu canlıların qurbanına çevriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00