İŞİD Türkiyə sərhədində - Daha 4 kənd işğal edildi
19 May 2016 18:18 DünyaİŞİD terrorçuları Suriyanın Hələb şəhərinin şimalında, Türkiyə ilə sərhəddəki 4 kəndi işğal edib. Axar.az bildirir ki, terrorçular Carez, Şeyx, Rih və Bəl kəndlərini tutmaqla Azez qəsəbəsinin 4 kilometrliyinə çatıb. Azad Suriya Ordusu (ASO) ilə terrorçular arasında yaranan qarşıdurmada xeyli döyüşçünün həlak olduğu bildirilir. Xatırladaq ki, ABŞ və Türkiyə Cerablus şəhəri başda olmaqla sərhəd ərazilərin terrorçulardan təmizlənməsi üçün ASO ilə əməkdaşlıq barədə razılığa gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00