Yaşlı qadın quyuya düşdü VIDEO
Onu belə xilas etdilər
19 May 2016 21:05 DünyaÇinin Anhoy əyalətində 80 yaşlı qadın həyatının ən dramatik anını yaşayıb. Ailəsinin saatlarla axtardığı qadının quyuya düşdüyü məlum olub. Xoşbəxtlikdən dərinliyi 10 metr olan quyuda suyun səviyyəsinin az olması, onun həyatını xilas edib. Dərhal əraziyə gələn xilasedicilər diametri yarım metr olan quyuya düşüb. Düz bir saat davam edən xilasetmə əməliyyatından sonra yaşlı qadını quyudan çıxarmaq mümkün olub. Huşsuz vəziyyətdə olan çinliyə elə yerindəcə ilkin tibbi yardım göstərilib. Xəstəxanaya yerləşdirilən 80 yaşlı qadının bədənində ağır xəsarətlər aşkarlanıb. Ayağında sınıq olan yaşlı qadının bel nayihəsi də ciddi əzilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00