İnək uşağı ölümdən xilas etdi VIDEO

Övladını qətlə yetirən valideynə inək mane olmağa çalışıb.  Hindistanda  baş verən dəhşətli hadisə ölkədə və dünyada geniş müzakirə mövzusuna çevrilib. İnək qızı bıçaqla öldürməyə çalışan şəxslərə hücum edib. Hadisə müşahidə kameralarına düşüb. Madya Pradeş ştatının Bxopal şəhərində yaşayan Seema Quccar adlı azyaşlı qız 22 yaşlı gənclə qaçdıqdan sonra valideynlərinin qəzəbinə tuş gəlib. Atası Kalyan Sinğ və əmisi Lakxan Sinğ qıza çoxsaylı bıçaq zərbələri endirib. Cinayətə şahid olan inək buynuz zərbələri ilə hindlilərə mane olmağa çalışıb. Təəssüf ki,  inəyin cinayətin qarşısını almaq cəhdi nəticə verməyib. Seema Quccar aldığı xəsarətlərdən dünyasını dəyişib. Cinayəti işləyən atası və əmisi isə çox keçmədən polis nəzarətinə götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00