Yeni dinozavr növü tapıldı VIDEO

71 milyon əvvəl aid...

Antraktidada araşdırma aparan elm adamları 71 milyon əvvəl yaşayan 2 dinozavrın qalıqlarını tapıb. Maraqlısı budur ki, həmin nəhəng heyvanlar vaxtilə  suda yaşayıb. ATV.az bildirir ki, məlumata görə, bir müddət əvvəl dünyanın müxtəlif ölkələrindən olan 12 alim, Cənub qütbündə birgə axtarışlara başlayıb. Soyuq hava şəraiti onlar üçün ciddi çətinliklər yaratsa da, elm adamları işlərini uğurla davam etdirib. Bir neçə ay davam edən axtarışlar nəhayət nəticə verib. Tapılan dinozavr qalıqlarının çəkisi 1 tondan çoxdur. Dinozavrın suda yaşayan növünü kəşf edən elm adamlarının sözlərinə görə, qalıqların əksəriyyəti suyun dərinliklərindən çıxarılıb. Onların sözlərinə görə, nəhəng heyvanların yaşadığı ərazilər olduqca dərin olub. Çünki dayaz yerdə sualtı qayalar çoxluq təşkil etdiyindən, dinozavrların həmin ərazilərdə yaşaması üçün əlverişli şərait olmayıb. Elm adamları guman edir ki, Antraktidada vaxtilə xeyli sayda dinozavr yaşayıb. Bu səbəbdən bölgədə çoxlu nəhəng heyvan qalıqları var. Tapılan dinozavr qalıqları isə Çilidə yerləşən muzeyə təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00