Əfqanıstanda polis 8 həmkarını öldürüb

Oxşar cinayət ötən ay Laqman əyalətində törədilib

Əfqanıstanda polis əməkdaşı 8 həmkarını öldürərək gizlənib. "Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Khaama Press" agentliyi məlumat yayıb. Məlumata görə, həmin polis əməkdaşı iki nəfərin yardımı ilə gecə saatlarında polis məntəqəsinə hücum edib. Polis və ona yardım edənlər cinayət yerindən qaçaraq gizlənə biliblər. İnformasiyaya əsasən, hadisə Əfqanıstanın cənubunda, Zabul əyalətində baş verib. Xəbərdə bildirilib ki, oxşar cinayət ötən ay Laqman əyalətində törədilib. Onda polis əməkdaşı 3 həmkarını öldürmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00