Məşhur aktrisa milyonçuya ərə gedir

"Ümidsiz ev qadınları" serialı ilə tanınan, "Qızıl kürə" mükafatının sahibəsi Eva Longoria gizli şəkildə evlənir. Qafqazinfo bildirir ki, aktrisa nişanlısı Jose Antonio ilə bu həftəsonu Meksikada ailə həyatı qurur. Longoria və 47 yaşlı milyoner sevgilisinin toyunun dəbdəbəli olacağı, şou və biznes dünyasının tanınmış simalarının qatılacağı bildirilir.

Qeyd edək ki, aktrisa əvvəl aktyor Tyler Christopher və NBA oyunçusu Tony Parkerlə ailə həyatı qurub, boşanıb.  Longoria və Antonio isə  iki ildir ki, sevgilidirlər. Milyonçu iş adamının birinci evliliyindən üç uşağı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00