Asma xəstəliyi olan model faciəvi şəkildə öldü
19 May 2016 19:14 DünyaTaylandlı model Olivia Ku faciəvi şəkildə ölüb. Xarici mətbuatın verdiyi xəbərə görə, 25 yaşlı model su altında həyata keçirilən çəkiliş zamanı boğularaq həyatını itirib. Tayland polisi Olivianın astma xəstəliyindən əziyyət çəkdiyini bildirib. Polisin sözlərinə görə, model buna görə də su altında oksigen balonundan istifadə etməyib. 3 ildir ki, sualtı üzgüçülüklə məşğul olan podium ulduzu Hengchun xəstəxanaya aparılıb. Müdaxilələrə baxmayaraq, modelin həyatını qurtarmaq mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00