Sərdar Ortac canlı yayımda pis xəbər aldı, qanı qaraldı

Türkiyənin məşhur müğənnisi Sərdar Ortac Uçankuş Tv-də yayımlanan "Ünlüler Bulvarı" adlı şou-proqrama qonaq olub. Türkiyə mətbuatı xəbər verir ki, müğənni canlı yayımda pis xəbər alıb. Belə ki, müğənninin telefonuna həyat yoldaşı Xlo Loqnanın yıxılması barədə mesaj gəlib. Mesajı görən ifaçının qanı qaralıb. O, verlişdə Xlonun yıxılaraq topuğunu qırdığını söyləyib. Müğənni xanımını çox sevdiyini və ona heç vaxt xəyanət etməyəcəyini də deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00