"Kiralık aşk"ın baş qəhrəmanını məhkəməyə verdilər
19 May 2016 19:02 Dünya"Kiralık aşk"ın ulduzu Elçin Sanqunun keçmiş meneceri Başar Okay məhkəmə iddialarından sonra ilk dəfə danışıb.Türkiyə mətbuatının məlumatına görə, B.Okay daha əvvəl bağladıqları müqaviləyə əməl etmədiyi üçün aktrisanı məhkəməyə vermişdi. O, bu haqda "Hüquqi araşdırma başlatdırdıq, amma müharibə elan etməmişik" deyib: "6 ildir menecerlik edirəm. Həm mən, həm də aktrisa bu vəziyyətin işlərimiziə mane olmasını istəmir. Bütün hər şeyi hüququn həll etməsinə buraxdıq. Heç zaman "Filan qədər təzminat istəyirəm" deməmişəm". E.Sanqunun yeni meneceri Qaye Sökmenlə probleminin olmadığını deyən Okay "mənim müqaviləm aktrisa ilədir, onunla aramızda bir şeydir" deyib.
Qeyd edək ki, B.Okayın aktrisanın 1 milyon lirə qazandığı reklamdan pay istədiyi iddia edilmişdi. Saha sonra isə Sanqunun yeni meneceri Qaye ortalığa girərək Okayla məhkəməlik olmuşdu.