Uşaqların kütləvi dini mərasimlərə cəlb edilməsi onların psixoloji durumunu risk altında qoyur- ŞƏRH
16 İyul 09:55 DinAzərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq ölkəmizdə fərqli dinlərin daşıyıcıları olan insanlar yaşayır. İnsafən qeyd edilməlidir ki, fərqli dinlərə məxsus insanlar nəinki birgə yaşayır, hətta dövlət və cəmiyyətin inkişafında dəstəklərini əsirgəmirlər. Həmcinin fərqli dinlərin daşıyıcıları sərbəst şəkildə dini ayinlərini icra edə bilirlər. Buna ölkə Konstitutsiyası və "Dini etiqad azadlığı haqqında" Qanun imkan verir. Çox təəssüf ki, bəzən müxtəlif qruplar tərəfindən dini ayinlərin icrası zamanı dövlət tərəfindən yaradılan inkanlardan sui-istifadə hallarına yol verilir, yaxud dinə aidiyyatı olmayan ifratçılığa yol verilir. Belə hallar ən çox Məhərrəm ayının onuncu günü olan Aşurə mərasimlərində müşahidə olunur. Məsələ orasındadır ki, bununla bağlı kifayət qədər maarifləndirici tədbirlərin həyata keşçirilməsinə baxmayaraq illərlədir ki, eyni hallar təkrarlanmaqdadır. Bu sahədə vəziyyət o dərəcədə ifratlaşdırılıb ki, hətta Aşurə marsimində zəncirvurma, qantökmə kimi hallar yaşanır. Hansı ki, bu gündə humanitar tədbir olaraq qanvermə aksiyasının təşkil olunması ilə bağlı Qafqaz Müəlmanları İdarəsinin təşşəbbüsü mövcuddur. Yeri gəlmişkən xatırladaq ki, Məhərəəm ayının ilk günlərində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Müraciətdə deyilir: "Şura olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, "Dini etiqad azadlığı haqqında" qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsinə, dövlət simvollarına uyğun olmayan atributların istifadəsinə, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir".
Məlumat üçün qeyd edək ki, ölkədə hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. Lakin buna baxmayaraq, Aşurə mərasimlərində ən çox təzyiqlərə azyaşlı uşaqlar qalır. Acınacaqlı haldır ki, belə təzyiqlər elə həmin uşaqların valideynləri tərəfindən edilir. Söhbət dini təhsildən deyil, uşaqların Aşurə mərasimlərində iştirakının valideynlər tərəfindən təşkil olunmasından gedir. Məlum məsələdir ki, ölkəmizdə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Buna da ciddi riayət olunur. Ancaq isti havada, sıxlıq şəraitində azyaşlı uşaqların dini ayinlərə cəlb edilməsi heç şübhəsiz ki, onların psixologiyasına mənfi təsirsiz ötüşmür. Kütləvi dini ibadət, ayin və mərasimlər dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda təşkil olunduqda isə zəncirvurma, qaxud qançıxarma ilə müşayət olunur. Bəzi hallarda isə dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsinə rast gəlinir. Belə halda dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Qeyd edək ki, Azərbaycanda dini azadlıqların ifadəsinin qarşısını alan heç bir məhdudiyyət yoxdur, əksinə, bütün mərasimlər zamanı, o cümlədən Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür. Məhz bu amillər nəzərə alınaraq Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu günlərdə vətəndaşlara birgə müraciət edib.
Müraciətdə deyilir ki, "Dini etiqad azadlığı haqqında" Qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir. Bütün mərasimlər zamanı, o cümlədən iyulun 7-dən başlayan məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür: "Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar".
Ekspertlərin qənaətinə görə, azyaşlı uşaqların kütləvi dini mərasimlərə cəlb edilməsi onların həyat və təhlükəsizliyini, eləcə də psixoloji durumunu risk altında qoyur. Belə ki, Aşurə marasimi zamanı on minlərlə insanın məscidə axışı səbəbindən məscidlərdə izdihamın yaşanması müşahidə olunur. Belə bir şəraitdə uşaqların həmin mərasimə cəlb edilməsi ən azı təhlükəsizliyi baxımından məqsədəuyğun deyil.
Alim