Azərbaycan diasporası hücum taktikasını seçib
Erməni diasporası küncə sıxılıb
12 Avqust 2013 15:44 DiasporaAzərbaycanın diaspora tarixinin nisbətən cavan olmasına baxmayaraq yarandığı müddətdən bu vaxta qədər xeyli nailiyyətlərə imza ata bilib. Bunun əsas səbəbi kimi Azərbaycan dövlətinin diaspora təşkilatları ilə yüksək səviyyədə əməkdaşlığının olmasi göstərilir. Məlumdur ki, ümummilli lider Heydər Əliyev bir çox sahələrdə olduğu kimi diaspora fəaliyyətinin də memarı olub və dövlət səviyyəsində diaspora siyasətinin formalaşmasının əsasını qoyub. Yalnız bundan sonra diaspora qurumlarımız təşkilatlanaraq əməli fəaliyyətə start veriblər.
Bundan fərqli olaraq ermənilərin bu işdə səriştəsi, təcrübəsi yüz illərlə ölçülür. Yüz ildən çoxdur ki, ermənilər diaspora hərəkatı yaradıblar və bizim tarixi torpaqlarımızda Etmənistan dövlətinin yaradılması və təşəkkül tapmasında erməni diasporunun böyük rolu olub. Buna baxmayaraq, Azərbaycanda da dövlət səviyyəsində bu işin qurulması ermənu diasporunu çıxılmaz vəziyyətə salıb. Təbii ki, indiyə qədər istər Avropada, istərsə də dünyanın ayrı-ayrı ölkələrində bizim belə kəsərli, sözünü deyə bilən diaspora təşkilatlarımız olmayıb. İndi diaspor təşkilatların hamısı Azərbaycan dövləti tərəfindən koordinasiya olunur, onlar da fəaliyyətində Azərbaycan dövlətinin dəstəyini hiss edirlər. Ona görə də ürəkli, kəsərli fəaliyyətləri ilə seçilirlər. Məsələn, bir müddət öncə, Fransada azərbaycanlı tələbələrin ermənilərin aksiyasına əngəl törətmələri böyük səs-küyə səbəb olmuşdu. Errmənilərin ən çox təsir imkanına malik olduğu Fransa kimi ölkədə
baş verən hadisə bir daha göstərdi ki, soydaşlarımız arxalarında güc hiss etdiklərindən öz haqları uğrunda savaşa belə atıla bilirlər. Bu, doğrudan da bizim diaspora təşkilatlarının çox güclü olmasından xəbər verir. Artıq birmənalı şəkildə deyə bilərik ki, diaspora məsələsində erməniləri dalana dirəmişik və yaxın zamanlarda erməni diaspori bizin diaspora təşkilatları qarşısında heç nə edə bilməyəcək. Bu istək isə dövlətimiz və Diaspora Komitəmiz qarşısında daha nühüm vəzifələr qoyur. Baxmayaraq ki, bu diaspora qurumları bizim üçün, dövlət üçün yeni bir qurumdur, ancaq fəaliyyəti müddətində xeyli işlər görüb. Bununla yanaşı, dünya, Türkiyə təcrübəsi var ki, onları daha yaxşı öyrənib əxz etmək tələb olunur. Yalnız bu halda daha güclü bir fəaliyyət ortaya qoymaq mümkün olar. O da bir faktdır ki, bizim diaspora hərəkatımız erməniləri üstələyib, dövlətin və millətin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında diaspora hərəkatımızın töhvələri danılmazdır.
Ziyalı potensialımız diasporamızı daha güclü edir
Məlumdur ki, Azərbaycanın Rusiya, ABŞ və Fransa kimi ölkələrdə güclü diaspor təşkilatları fəaliyyət göstərir. Təbii ki, bu, qurumların fəaliyyəti digər dövlətlərdəki diaspora təşkilatlarımız üçün bir örnək olmalıdır. Baxmayaraq ki, Fransa ermənilərin ən çox yaşadığı və ən güclü diasporun fəaliyyət göstərdiyi bir ölkədir, Rusiya və ABŞ-da güclü erməni diasporu fəaliyyət göstərir. Bizim bu ölkələrdəki diaspor təşkilatlarımız arasında əlaqələrin yüksək səviyyədə olması ilə heç şübhəsiz ki, həmin ölkələrdəki erməni diaspor təşkilatlarına çox ciddi zərbə vura bilərik. Amma o da faktdır ki, müxtəlif ölkələrdəki diaspora təşkilatlarının atdıqları addımları elə də adekvat hesab etmək düzgün olmazdı. Çünki bir çox hallarda diaspora təşkilatlarımız fəaliyyətlərini yalnız baş verən hadisələrə münasibətdə bəyənat verməklə kifayətlənirlər. Lakin reallıq ondan ibarətdir ki, diaspora fəaliyyətini sadəcə sözlə, bəyənatla məhdudlaşdırmaq olmaz. Diaspora təşkilatlarımız daim hücum taktikasını seçməli və hücum mövqeyində olmalıdır. Nəzərə almaq lazımdır ki, biz ən azı haqq mövqeyindəyik və beynəlxalq hüququn dəstəklədiyi tərəfdəyik. Beynəlxalq hüquq da imkan verir ki, xalqımızın haqq səsini dünya ictimaiyyətinə, beynəlxalq təşkilarlara çatdırmaqda sərbəst fəaliyyət göstərə bilək. Bəs, reallıqda necə, Azərbaycan diaspora təşkilatlarının inkişaf səviyyəsini necə dəyərləndirmək olar, diaspora təşkilatlarımız qarşıya qoyilan məqsədlərə nail ola bilirlərmi? Əvvala onu qeyd edək ki, Azərbaycan diaspora hərəkatı hələ təşəkkültapma mərhələsindədir. Yəni, diaspora təşkilatlarımız hələ tam formalaşmayıb, tam gücü ilə fəaliyyətə başlamayıb. Buna baxmayaraq bizim diaspora potensialımız indiyə qədər mövcud olmuş bir sıra xalqların diaspora imkanlarından, o cümlədən ermənilərdən qat-qat güclüdür. Biz həm kəmiyyət, həm də keyfiyyət baxımından həmin güclərdən dəfələrlə yüksəkdə dururuq. İstər Rusiya, istər Amerika, istərsə də Fransada bizim potensialımız keyfiyyət baxımından xeyli irəlidədir. Ziyalıların çoxluğu baxımından bizim diaspora təşkilatlarımız ermənilərlə müqayisədə daha güclü və çevik ola bilər. Bizim tanınmış elm adamlarımız təbii ki, Rusiya, Fransa və Amerikada kifayət qədərdir. Bu baxımdan hesab etmək olar ki, diaspora strukturların görə biləcəyi işlər daha çoxdur. Təbii ki, bu işin koordinasiyası Azərbaycandan olmalıdır. Buna isə Azərbaycan dövlətinin və diaspora komitəsinin birgə fəaliyyəti nəticəsində nail olmaq mümkündür.
İcmalar arasında əlaqələrin genişlənməsi mühüm şərtdir
Daha konkret desək, diaspora təşkilatlarımızın fəaliyyətinin daha da gücləndirilməsi üçün bir sıra qurumların qarşılıqlı fəaliyyətinə ehtiyac var.
Xüsusən, diaspora ilə əlaqədar təcrübənin bir az da artırılmasına diqqət yetirilməlidir. Dünyanın bir çox xalqları var ki, onlar artıq çoxdan belə strukturlar yaradıblar və xaricdə yaşayan həmvətənləri ilə çox gözəl iş qura biliblər. Biz də digər ölkələrin təcrübəsindən öyrənib, həmən təcrübədən öz işimizdə istifadə etməyi bacarmalıyıq. Diaspora təşkilatlarına tanınmış, dünya şöhrətli alimlərimizi cəlb etmək məqsədilə harada yaşamasından asılı olmayaraq yer üzündə yaşayan bütün azərbaycanlıların hüquq və azadlıqları qorumalıdır. Xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması üçün maksimum imkanlardan istifadə edilməlidir. Bi işə Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən bütün dövlət və qeyri-dövlət təşkilatlarımız cəlb edilməlidir. Məsələn, harada azərbaycanlıların hüquqları pozulursa, dərhal həmən dövlətlərin hökumət və parlamentlərinə müraciətlər edilməli, onların hüquq və azadlıqlarının beynəlxalq hüquq çərçivəsində qorunmadığı üçün irad bildirilməlidir. Həmin ölkələrdən tələb edilməlidir ki, həmvətənlərimizin hüquq və azadlıqları layiq olduğu səviyyədə qorunsun. Azərbaycanlıların dilimizə, dinimizə, mədəniyyətimizə yadırğamamaları üçün yaşadıqları ölkələrdə soyraşlarımızın yaratdıqları cəmiyyərlərin nəzdində kurslar aşılmalı, kitabxanalar yaradılmalıdır ki, onların övladları Azərbaycan dilini unutmasınlar. Ən əsası isə Azərbaycan xalqının övladı olmalarını unutmasınlar.
Nəzərə alınmalıdır ki, ki, yeni nəsil özündən asılı olmayan səbələrdən yadlaşmağa başlayır ki, buna da imkan vermək olmaz. İndinin özümdə də bu işi elə qurmaq lazımdır ki, harada yaşamasından, hansı dövlətdə olmasından asılı olmayaraq hər bir Azərbaycan övladı bilsin ki, onun doğma vətəni Azərbaycandır, atası-babası kimdir, millətinin tarixi nədən ibarətdir. Aparılan təbliğat işi ona hesablanmalıdır ki, harada yaşamalarından asılı olmayaraq azərbaycanlılar öz etnik mənsubiyyətlərini unutmasınlar, əksinə Azərbaycanın elçilərinə çevrilsinlər. Azərbaycanı dəstəkləsinlər, yaşadıqları ölkələrdə Azərbaycanın sözünü desinlər, Azərbaycanın müstəqil dövlət olaraq daha da inkişaf etməsində öz töhfələrini versinlər. Buna nail olmağın yolu xarici ölkələrdə yaşayan soydaşlarımıza Azərbaycanın üzləşdiyi problemlər haqqında daha dolğun məlumatlar vermək, onlar da yaşadıqları ölkələrdə Azərbaycanda baş verənlər, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatların çatdırılmasından keçir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımızın təhsil problemi diqqət mərkəzində olmalıdır. Milli-mədəniyyətimizin inkişafına hesablanmış proqramlar ortaya qoyulmalıdır. Milli qürurumuzu, milli varlığımızı qoruyub saxlamaq üçün konkret işlər görülməlidir. Elə etmək lazımdır ki, xaricdə yaşayan soydaşlarımız bu işlərdə bir dəstək hiss etsinlər, maddi və mənəvi dəstək görsünlər. Müxtəlif proqramların hazırlanması, onların həyata keçirilməsində sözsüz ki, Azərbaycan dövləti birbaşa iştirak etməlidir. Təbii ki, xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, milli-mədəniyyət mərkəzləri, icmaları arasında da əlaqələrin qurulması son dərəcədə vacibdir. Onların fəaliyyətini koordinasiya edən regional mərkəzlərin sayının artırılması qarşıya qoyulan hədəflərə çatmağa imkan vermiş olar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir