Azərbaycan diasporu   erməni diaspor mifini dağıtdı- Aydın Quliyev

"Birinci vitse- prezident Mehriban Əliyevanın diaspora müraciəti xaricdə soydaşlarımızın necə güclü və mütəşəkkil qüvvəyə çevrildiyini bir daha nümayiş etdirdi."

Bu fikirləri Olaylar.az-açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktiru, siyasi ekspert Aydın Quliyev bildirib.

Siyasi ekspert qeyd edir ki, diasporumuzun ermənilərdən qat-qat üstün güc və səviyyə nümayiş etdirməsini və bunun səbəblərini Mehriban xanımın müraciətində aydın görmək mümkündür: "Azərbaycan diasporu cəmi bir neçə günün içində erməni diasporundan qat-qat artıq insaniyyətə, kamilliyə və bəşəriliyə malik olduğunu parlaq şəkildə göstərdi. Birinci vitse -prezident diasporumuzun Azərbaycan dövlətçiliyinin güc mənbələrindən biri olduğunu dəqiq arqumentlərlə ədaslandırdı. Azərbaycan diasporu həm Ermənistanın Tovuz təxribatlarını ifşa etdi, həm də öz mütəşəkkilliyi ilə erməni diasporunu məğlub edərək onu çılğın, cinayətkar və qanlı addımlara əl atmaq zorunda qoydu."

Aydın Quliyev bildirir ki, Mehriban Əliyeva öz müraciətində diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsinin köklərini təhlil edir, eyni zamanda daha sivil və mütəşəkkil qüvvəyə çevrilmək üçün zəruri olan davranışlar barədə maarifçi təlimatlar verir: "Azərbaycan diasporu son qələbələrini erməni icmasının quldur basqınları və təəssüf ki, həm də bəzi soydaşlarımızın qara-qura yaxan şər-böhtanları şəraitində qazandı. Mehriban xanımın müraciəti Azərbaycan və erməni diasporları arasında güc, mənəviyyat, insanlıq və bəşərilik kontekstində müqayisə aparmaq üçün dəyərli materiallar verir."

Azərbaycan diasporu faktiki olaraq bir çoxlarının məğlubedilməz saydığı  erməni diaspor mifini dağıtdığını qeyd edən siyasi ekspert vurğulayır ki, birinci vitse-prezidentin müraciətində diqqət çəkən məqamlardan biri məhz diasporumuzun güc və təsir faktorları ilə bağlıdır: "Bu müraciət diasporumuzu öz müqəddəs yolunda daha inamla getməyə və qanlı ASALA-nın tör-töküntüsü olan erməni diasporuna əsla bənzəməməyə həvəsləndirir və yönəldir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31