Daxili siyasət

Müsavat partiyası növbəti parçalanmağa doğru

13 İyun 2018 12:49

Bəlli olduğu kimi, Müsavat partiyasının rəhbərliyi 2014-cü ildən sonra növbəti qurultayını keçirmək barədə qərar verib. Bununla bağlı qurultaya hazırlıq üzrə təşkilat komitəsi də yaradılıb. Maraqlı məqam isə budur ki, təşkilat komitəsində 2014-cü ildə keçirilmiş qurultayda saxtakarlıq yolu ilə seçilmiş hazırkı başqan Arif Hacılının qruplaşması yer alır. Misal üçün, sabiq başqan İsa Qəmbər də daxil olmaqla, bir sıra şəxslər A.Hacılının yenidən başqan seçilməsi üçün siyahıya əlavə ediliblər. Qurultayın bu ilin sonunda keçirilməsi planlaşdırılıb.

Elçin Mirzəbəyli: ““Media Klubu” klub formatından uzağa getməyəcək"

13 İyun 2018 12:48

“Azərbaycanda ənənəvi olaraq mətbuatın inkişafına və mediadakı proseslərin xarici dairələrin əlində oyuncağa çevrilməsinə cəhd göstərən bir qrup şəxsin fəaliyyəti nəticəsində “Media Klubu” ortaya çıxıb. Adını da çox düzgün qoyublar. Çünki bu klub formatından uzağa getməyəcək bir layihədir”. Bunu “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

15 rayonda kənd və qəsəbə adları dəyişdirildi - Yeni adlar

12 İyun 2018 18:06

Azərbaycanın 15 rayonunda kənd və qəsəbə adları dəyişdirilib.

Deputat: “Qanunların tərcüməsi bərbaddır”

12 İyun 2018 17:00

“Qanunlar xarici dildən nə qədər düzgün və səlist tərcümə olunarsa bir o qədər yaxşı olar”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasında deputat Rəfael Hüseynov bildirib.

Deputat: “Xaricdə təhsil alan tələbələr geri qayıtmır”

12 İyun 2018 16:48

Xaricdə təhsil alan tələbələrlə baglı hesabat verilməlidir ki, bu gün onlardan neçə faizi Azərbaycana dönüb xalqına xidmət edir. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə deputat Siyavuş Novruzov səsləndirib.

Deputat qanunlardakı uyğunsuzluqdan şikayətləndi

12 İyun 2018 16:46

“Azərbaycanda əvvəlcə fərman, sərəncamlar imzalanır və sonrdan buna uyğun olaraq qanunlara dəyişiklik edilib uyğunlaşdırılır. Olmazmı ki, öncə qanunlar da dəyişiklik edilsin. sonra da buna müvafiq olaraq fərman və sərəncamlar verilsin”. “Olaylar” xəbər verir ki, bunu depuatat Tahir Kərimli Milli Məclisdə çıxışı zamanı deyib.

Dövlət büdcəsinə dəyişiklik layihəsi Milli Məclisə təqdim olunub

12 İyun 2018 16:24

Ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədər olaraq əlavə maliyyə təminatının yaradılması ilə bağlı “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi və müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.

Milli Məclisdən tələb

12 İyun 2018 15:53

“Saxtakar partiya "üzvlərini" Avropadan Azərbaycana qaytarırlar” - BAXCP rəsmisi

12 İyun 2018 14:59

“Azərbaycanda saxta partiya arayışı ilə Avropa gedən insanların böyük əksəriyyəti geri qaytarılır. Bu ilin ilk 3 ayı ərzində Almaniyaya sığınmış 1564 nəfər azərbaycanlı geri qaytarılıb. Bu adamlar Əli Kərimliyə və digər partiya sədrlərinə pul ödəməklə özlərinə partiya üzvü olmasına dair saxta arayışlar alıb Avropanın müxtəlif ölkələrinə gedirlər. Düşünürlər ki, bununla da Avropada yaxşı yaşamaq təminatını qazanmış olurlar. Özü də bu arayışa aşağı yuxarı 5-10 min manat pul verirlər”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

Yeni sədr aparat rəhbərini vəzifəsindən azad etdi

12 İyun 2018 14:45

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəzifəsindən azad edilib. O, öz ərizəsi ilə işdən ayrılıb.

Azərbaycan Ordusunda bunlar etmək olmaz - YENİ QADAĞALAR

12 İyun 2018 14:35

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun layihəsində dəyişiklik edilib. Qanun layihəsi barədə birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.

Siqarlara tətbiq edilən vergi artırılıb

12 İyun 2018 14:14

Milli Məclis Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsinin artırılmasını nəzrdə tutan layihəni təsdiqləyib.

Vitse-spikerdən təklif: "cərimələr artırılsın"

12 İyun 2018 14:10

“Ekoloji qanunvericiliyi pozanlara görə müəyyən edilən cərimələrin miqdarı artırılmalıdır. Bununla bağlı ekologiya və təbii sərvətlər nazirinə də müraciət etmişəm”. “Olaylar” ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında vitse-spiker Valeh Ələsgərov deyib.