Daxili siyasət
Vəkilliyə qəbul imtahanının vaxtı açıqlandı
Prezident İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı verib
Prezident İlham Əliyev Çingiz Fərzəliyevi “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Çingiz Fərzəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Vəkillər üçün “Bank qanunvericiliyinin tətbiqi” mövzusunda təlim keçirilib
Məlum olduğu kimi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2018-ci il fəaliyyət planına uyğun olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər keçirilməkdədir. Bu təlimlərin davamı olaraq 19.11.2018-ci il və 21.11.2018-ci il tarixlərdə vəkillər üçün “Bank qanunvericiliyinin tətbiqi” mövzusunda seminar keçirilmişdir. “Park Inn” mehmanxanasında baş tutan seminarlarda 40 vəkil iştirak etmişdir.
Prezident “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb
Azərbaycanda bu bələdiyyələrin adı dəyişdirilir – Siyahı
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet hesab olunur
Gələn ilin dövlət büdcəsinin sosialyönümlüyü saxlanılıb Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial fərqliliyin aradan qaldırılmasına yönəldilib. Azərbaycanda da bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalinin rifah halının yüksəldilməsinin nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşıb. Son illər ərzində ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir.
“YAP-ın yaranması müstəqil Azərbaycanın tarixində müstəsna hadisədir"
“Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın tarixində müstəsna hadisədir. Bütövlükdə xalqımızın tarixi taleyində olduqca böyük rolu olan hadisədir. Azərbaycan öz müstəqilliyini 1991-ci ilin oktyabrında əldə etsə də çox təəssüf ki, müstəqilliyin ilk illəri çox ağır keçdi və biz istədiyimiz müstəqil dövləti qura bilmədik”. Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.
“Müxalifətin niyyəti ictimai diqqəti özünə cəlb etmək idi”
“Yayılan informasiyalardan belə bəlli olur ki, 17 noyabr - Milli Dirçəliş Günü ərəfəsində özünü müxalifət elan etmiş partiyaların rəhbərlərinin geniş toplantısı keçirilib. Müsavat partiyasından İsa Qəmbərin, Arif Hacılının, Vətəndaş Həmrəyliyi partiyasından Sabir Rüstəmxanlı və digərlərinin də qatıldığı tədbirə kimsə müdaxilə etməyib, xətirlərinə dəyən olmayıb. Bu misalı ona görə çəkdim ki, qanunlar çərçivəsində keçirilən tədbirlərə kimsə müdaxilə etmir, qanunlar çərçivəsində münasibət göstərilir”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
“YAP-ın keçdiyi 26 illik şərəfli tarixi yol əbədi olacaq"
Vüqar Rəhimzadə: "Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır"
Müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi 1992-ci il oktyabrın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu.
Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir
Ədliyyə sistemində kadr potensialının təkmilləışdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilməkdədir. Ədliyyə Nazirliyindən “Olaylar”a daxil olan məlumata görə, cari ilin may ayında ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test imtahanından 226 namizəd müvəffəqiyyət qazanaraq ikinci mərhələyə buraxılıb və qanunvericiliyin tələblərinə cavab verən namizədlərlə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılıb.
İcra başçısı kadr dəyişikliyi etdi
Payız sessiyasının son iclas günü bəlli oldu
Milli Məclisin dekabr ayında daha 3 plenar iclası keçiriləcək. Məlumata görə, Milli Məclisin deputatları dekbarın 11-i, 18-i və 28-də bu ilin son iclaslarına toplaşacaq. Bununla da Milli Məclisin payız sessiyası başa çatacaq.

.jpg)

.jpg)


.jpg)
.jpg)



.jpg)

.jpg)