Əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet hesab olunur
Gələn ilin dövlət büdcəsinin sosialyönümlüyü saxlanılıb Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial fərqliliyin aradan qaldırılmasına yönəldilib. Azərbaycanda da bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalinin rifah halının yüksəldilməsinin nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşıb. Son illər ərzində ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir.
21 Noyabr 2018 16:43 SiyasətGələn ilin dövlət büdcəsinin sosialyönümlüyü saxlanılıb
Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial fərqliliyin aradan qaldırılmasına yönəldilib. Azərbaycanda da bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalinin rifah halının yüksəldilməsinin nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşıb. Son illər ərzində ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir. Ötən illərdə olduğu kimi, 2019-ci ilin sosial siyasətinin əsas hədəflərindən biri də pensiya və maaşların artırılmasıdır. Dövlət başçısının minimum aylıq əməkhaqqının artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi istiqamətində imzaladığı sənədlər buna bariz nümunədir. Təsadüfi deyil ki, 2019-cu ilin dövlət büdcəsi sosialyönümlü büdcə kimi səciyyələndirilir. Ümumiyyətlə, son illər ərzində Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib. Proqramlarla idarəetmə, regional inkişaf, qabaqlayıcı tədbirlər, ünvanlılıq və şəffaflıq ideyaları bu fəaliyyətin təməl prinsiplərindən olub. Dünyada gedən bütün iqtisadi və sosial kataklizmlərə baxmayaraq ötən müddətdə ölkəmizin dövlət büdcəsi həmişə sosial yönümlü və investisiya tutumlu olub. Buna əyani sübut məhz gələn ilin büdcə xərclərinin 33.4%-inin sırf sosial məqsədlərə yönəlməsidir. Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən maraqlı məsələlər ortaya qoyulub. Sosial müdafiə sistemində yeni institut formalaşıb. Azərbaycanda bu sahədə ardıcıl islahatlar aparılır və bu islahatlardan biri də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılmasıdır.
Milli Məclisin əmək və sosial siyasət komitəsindən bildirilib ki, gələn il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcənin 33,4 faizini təşkil edir. Növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Prezident İlham Əliyevin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqılarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial yönümə aid edilən xərclər üzrə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzaq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədilə 83 milyon manat məbləğində vəsait ayrılıb. Növbəti ildə elm xərcləri üçün 134 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 5 milyon manat və ya 4,2 faiz çoxdur. 2019-cu ilin təhsil xərclərinə 2 milyard 275 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 231 milyon manat və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir. Növbəti ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 309 milyon manat və ya 41,8 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Millət vəkili Ağalar Vəliyev qeyd edib ki, son illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlüyü saxlanılıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra proqramların reallaşdırılmasına müvafiq məbləğlərdə maliyyə vəsaitinin yönədilməsi nəzərdə tutulub ki, bu da təqdirəlayiqdir: "Növbəti ilin dövlət büdcəsində əsaslı xərclərə 9,9 milyard manat yönəldiləcək və büdcə xərclərinin tərkibində onun xüsusi çəkisi 39,9 faizə bərabər olacaq. Eyni zamanda əsaslı xərclərin tərkib hissəsi olan dövlət investisiya qoyuluşu xərclərinə büdcə xərclərindən 6,8 milyard manat vəsait sərf ediləcək. 2019-2022-ci illər üzrə Dövlət İnvestisiya Proqramında yer alan investisiya layihələrinin qarşıdakı il üzrə həcmi 6,8 milyard manat proqnozlaşdırılıb. Bu vəsaitin 72,7 faizinin bilavasitə infrastruktur layihələrinə yönəldilməsinin məşğulluğun artırılması baxımından əhəmiyyəti fikrimcə xüsusi vurğulanmalıdır.Yeri gəlmişkən qeyd edim ki, ötən ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 17,4 milyard manat təşkil edib. Bu göstərici cari ildə 17,4 milyard manat səviyyəsində gözlənilir və qarşıdakı il üçün real artım 2,2 faiz olmaqla 17,9 milyard manat məbləğində proqnozlaşdırılır". Onun bildirdiyinə göə, ölkənin 34 şəhər və rayonunun xərclərinin öz gəlirləri hesabına təmin edilməsini gələn ilin büdcə zərfinin ən müsbət məqamlarından biri kimi xarakterizə edərdim. Belə ki, 2019-cu il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər paytaxt da daxil olmaqla 736,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 83,4 milyon manat və ya 12,8 faiz çoxdur: "Növbəti ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə dotasiyasının yerli xərclərin tərkibində xüsusi çəkisi 12,4 faiz təşkil edəcək ki, bu da cari ilin müvafiq göstəricisindən 2,6 faiz yüksəkdir. Gələn ilin büdcə xərclərini təhlil edərkən büdcə zərfində xərclərin 24,8 milyard manat olmaqla ÜDM-in 30,2 faizini təşkil etdiyini görərik".
Alim