Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir
Ədliyyə sistemində kadr potensialının təkmilləışdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilməkdədir. Ədliyyə Nazirliyindən “Olaylar”a daxil olan məlumata görə, cari ilin may ayında ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test imtahanından 226 namizəd müvəffəqiyyət qazanaraq ikinci mərhələyə buraxılıb və qanunvericiliyin tələblərinə cavab verən namizədlərlə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılıb.
20 Noyabr 2018 14:34 SiyasətƏdliyyə sistemində kadr potensialının təkmilləışdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilməkdədir. Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, cari ilin may ayında ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test imtahanından 226 namizəd müvəffəqiyyət qazanaraq ikinci mərhələyə buraxılıb və qanunvericiliyin tələblərinə cavab verən namizədlərlə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılıb. Azərbaycan ədliyyəsinin 100 illiyinin qeyd olunduğu günlərdə ikinci mərhələ yekunlaşıb. Müsabiqənin yekun nəticələrinə görə uğur qazanacaq namizədlər peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar.