Bu il Cəbrayıla köç olacaq, şəhər mərkəzində 33 yaşayış binası inşa edilir
25 Yanvar 2024 10:49 Daxili siyasətBu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.
Olaylar.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.
Qeyd edək ki, tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31