Molla rejimi İranı insan sallaqxanasına çevirib - REGİON

İnsanların əlləri, ayaqları kəsilir, gözləri çıxarılır, suçlular daşqalaq edilir

Farsların tanrı kimi tanıdığı Ayətullah Əli Xamneyi İranı bir qrup molla maqnatının doktrinası əsasında idarə edir. İran cəmiyyəti tamamilə teokratik mollanın dinlə pərdələnmiş iyerarxiyasına tabedir. Farslar Xamneyinin "Allahla birbaşa əlaqə"sinin olmasına tapınırlar. Əqli keyfiyyətdən bir az kəsintisi olan teokratik qoca zənn edir ki, İranı idarə edən qanunlar əslində ona Tanrı tərəfindən vəhylə göndərilib. İranda mövcud olan bu durum feodal Avropasının kilsə qanunlarına əsaslanır. Orta əsrlərdə Roma papasının insanlara latın dilində xitab etməsi böyük bir toplum tərəfindən ajiotajla qarşılanırdı. Bu gün İranda ehtiva olunan teokratik anlayışlar fars cəmiyyətini Xamneyinin "Tanrının lütfü" olmasına görə qarşısında ixtiyarsız səcdəyə aparır. Bu mənada İranda yerli din və dövlət institutlarının teokratik qanunları Xamneyinin "ilahi vəhyləri"ndə təsdiq tapır. Dini lider ən elementar hüquqi aspektləri belə dövlət başçısı Mahmud Əhmədinejada həvalə etmir. Əhmədinejad isə əslində Xamneyinin insanların qəbul etdiyi kimi "Tanrının gücü", həqiqət və ədalətin ehtivası olmadığını bilir. Əhmədinejad dərk edir ki, Xamneyinin "fövqəltəbii reseptləri" mollanın İrandakı mütləqiyyətinin möhkəmlənməsinə xidmət edir. Peyğəmbərlərin təqlidi isə çalpapaq mollanı, məntqilə desək cəmiyyətin gözünə "səma məfhumu" kimi soxub. Molla maqnatının vicdandan kənar tədbiri və güc xarakteri isə prezidentin gələcəkdəki varlığını şübhə altına salır. Əhmədinejad isə heç də Xamneyinin "peyğəmbərlik statusu"na sahib olmaq niyyəti güdmür. Əksinə başçılıq müddəti bitdikdən sonra özünün qəbiləsinə daxil olan üzvlər vasitəsilə arzularını gerçəkləşdirməyə səy göstərir. Teokratik rejimin mifoloji aktyorları isə Əhmədinejadın bu yöndə enerji itirməsini kəndir həlqəsi arasından izləyir. Prezidentliyi bitdikdən sonra Əhmədinejad müxtəlif bəhanələrlə molla maqnatının inkivizisiya məhkəməsinin kürsüsündə müttəhim qiyafəsində əyləşə bilər. Əhmədinejad isə mollaların beş qəpiklik ittihamlarının qurbanı olmaq istəmir. Politeizmin sarsılmaz nüfuzu isə Əhmədinejadın enerji sərfini puçlaşdırır, dar ağacından sallanmaq zənnini isə mütləqiləşdirir. Fars cəmiyyətinin Xamneyinin "Tanrı kimi görünməzliyinə", "fövqəltəbii güclərin qanunverici" siması olmasına inanması Əhmədinejadı edam kürsüsündə tək buraxacaq. Bu mənada Əhmədinejadın yıxılmaması üçün ən incə, həssas ipdən tutmasını məntiqə əsaslandırır. Əlilə yapışdığı ipi ya bərk darta bilmir, ya da ki, möhkəm tuta. Hər iki cəhddə qırılan ip Əhmədinejadın başını molla kəndirinin daha sərt və daha möhkəm həlqəsinə ilişdirə bilər. Əhmədinejad islahatçıdır, lakin radikal... cəmiyyət xilasını dini liderin görünməz cənnətində axtarır. Ona görə ki, prezident administrasiyası ilə müqayisədə politeizmin səmərəli işi sayəsində dini qurum özünə qarşı İranda ictimaiyyətin sadiq davranışını qazanıb. İndidən mollalar mütləqiyyətin ən lüks mehmanxanasında əmmamələrini sol əllərinə alıb sağ əllərilə prezidentin məhvinin şərəfinə yarımçıq qədəh Bordo şərabı qaldıra bilərlər. Bu möminlərin siyasi oriyentasiyasının sosial status qzanmasının zəfəridir. İran teokratiyasının İslam qaydalarına tərs anlayış xarakteri əslində mollaların ruhani yox, dərviş funksiyalarının təsvirini səciyyələndirir. Xamneyinin "müqəddəs əlamətləri" isə farslar tərəfindən əbalı mollaların ruhanilik inkarını təxirə salır. Bu mənada mollaların tənzimləmə mexanizminin pərdələyici gedişləri psixoz vəziyyətdə olan fars cəmiyyətinin təfəkküründə "məntiqli işin ehtivası" şəklində görüntülənir. İranda teokratik rejimin iki təyin kateqoriyası var: ümmət və sadiq icma. Günah və cinayətə görə İranda əzaların amputasiyası, daşlanmaq və asılmaq şəklində cəzalandırılan insanlar həmin kateqoriyaların nəzərində "Tanrının lütfü" ilə fars cəmiyyətinin "əxlaqsız ünsür"lərdən paklanmasının əlamətidir. Kütləvi edam siyasəti Xamneyinin bənizinə nur verən saqqalının alt qatlarında gizlənmiş ən qorxulu simasıdır. Bu mənada Məşhədin Vəkilabad, Kərizaq və Tehranın Evin həbsxanaları tükürpədici insan sallaqxanalarıdır. Hal-hazırda təkcə Vəkilabad həbsxanasında 3000 məhbus edama məhkum edilib. Həbsxana 4 min məhbus tutumuna malik olduğu halda orada 12 min dustaq saxlanılır. Məhbuslar edam olunmasına yalnız 1 saat qalmış xəbərdarlıq edilir, edam barəsində isə dustaq ailələri yalnız edam icra edildikdən sonra məlumatlandırılır. Təkcə 2012-ci ilin son üç ayı ərzində gizli şəkildə Vəkilabadda 600 nəfər insan asılaraq edam edilib. Hakimiyyətin sənədlərində isə bu rəqəm il ərzində 50 nəfər göstərilib. 2005-ci ildə 388, 2009-cu ildə isə Məşhəddə bir günə 49 adam, 2011-ci ildə 360, 2012-ci ilin yanvarında bir gündə 101, 2013-cü ilk aylarında isə gizli şəkildə asılan insanların sayı 50-yə yaxındır. Fars cəmiyyəti isə Xamneyinin əməllərini "ilahi cəza" və "qürur qaynağı" kimi xarakterizə edir. Tükürpədici hadisələrdən biri fevral ayında baş verdi. Edam cəzalısı onu öldürməmək üçün cəlladın qarşısında göz yaşı axıtdı. "Nə olar, məni asmayın, xahiş edirəm". Məhkum Əlirza Məfiha başını cəlladın çiyinlərinə qoyaraq  bu cür yalvardı. Cəllad isə Əlirzaya qulaq asmadı. Həlqəni məhkumun boynuna keçirdi və ipdən salladı. Əlirza həyat eşqinin son qığılcımı kül olana qədər gözlərilə yalvardı. İranda Xamneyinin insanlara tətbiq etdiyi ipdən asılmaq edam üsulu ilə ölüm cəzasının yanaşı "qisas" və "daşlanmaq" formaları da var. Daşlanma orta əsr ərəb ölkələrinə aid edam üsuludur. Lakin, İranda hələ də bu cəzadan istifadə edilməkdədir. Daşlanmaq cəzasına hökm verilən məhkum əvvəlcə cəlladlar tərəfindən ağılagəlməz dərəcədə bədəni qançır olana qədər qamçılanır. Daha sonra daşlanmasına qərar verilir. Daşlanmaq cəzasına görə İranda cinslər arasında ayrı-seçkiliklər mövcuddur. Ölümünə fərman verilən qadın əvvəlcə boynuna qədər torpağa basdırılır və daşlanmasına əmr verilir. Əgər daşlanma qurtardıqdan sonra qadın sağ qalıbsa cəzasını həbsxanada davam etdirir. Kişilər üçün daşlanma cəzası bir az fərqli şəkildə icra olunur. Daşlanma başlanmamışdan qabaq kişilər gövdəsinə qədər torpağa basdırılır. Əgər o, günahını boynuna alarsa və qaçmağı bacararsa sərbəst buraxılır. Əks halda isə ölənədək daşa tutulur. Qisas üsuluna görə əgər hər hansı bir insan digərinin bədən üzvünə hər hansı xəsarət yetiribsə məhkumun həmin bədən üzvləri kəsilir. Edam cəzalısının ya əlləri, ya ayaqları kəsilir, ya da ki, gözləri çıxarılır. BMT-nin və digər beynəlxalq təşkilatların xəbərdarlıqlarına məhəl qoymayan teokratik rejim ünsürləri insanları heyvani üsullarla qətlə yetirməkdə davam edir. Molla rejiminin ən iyrənc siması odur ki, molla yetkinlik yaşına çatmayan uşaqların (+18) edamına da fətva verir. Bu cür məlumatlar Ali Dini qurum tərəfindən məxfi saxlanılsa da xarici kəşfiyyat orqanlarına işləyən gizli fars agentlər məlumatları işlədiyi qüvvələrə ötürürlər. Çox maraqlıdır ki, bu barədə olan eksküliziv məlumatların əsas alıcıları İngiltərə, ABŞ, İsrail və Fransadır. Bu cür ssenarilərin uzunluğu və davamlı xarakter alması beynəlxalq güclərin İrana siyasi, iqtisadi, ən əsası da hərbi müdaxiləsini labüd edir.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31