Təyyarənin qəzaya uğradığı ərazidən 30-dan çox meyit tapıldı
30 Yanvar 16:57 DünyaVaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşduğu ərazidən 30-dan çox adamın meyiti çıxarılıb.
Olaylar.az xəbər verir ki, bu barədə xilasetmə işləri ilə tanış olan iki mənbə NBC-yə bildirib.
Qeyd edilib ki, Potomak çayından 30-dan çox meyit çıxarılıb.
Bildirilib ki, xilasetmə əməliyyatı çətin şəraitdə davam edir.
Qeyd edək ki, 60 sərnişin və dörd ekipaj üzvünü daşıyan American Airlines təyyarəsi çərşənbə günü axşam yerli vaxtla axşam saat 9 radələrində Reyqan milli hava limanına enməyə cəhd edərkən göyərtəsində üç əsgərin olduğu ABŞ ordusuna məxsus Black Hawk helikopteri ilə toqquşub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31