Azərbaycanlı şagirdlərdən növbəti uğur
Azərbaycanlı şagirdlərdən növbəti uğur
22 İyul 2019 11:34 SosialBöyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO2019) Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31