Azərbaycan Universitetində “Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsi

Azərbaycan Universitetinin dəstəyi ilə həyata keçirilən “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda müsabiqə enerji səmərəliliyinin artırılması və effektivliyinin təmin olunması, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin təbliğatına yönəlmiş yeni  bir addım oldu. Gənc tədqiqatçılar üçün innovativ ideya platforması olan müsabiqə tələbə, magistrant, doktorant və dissertantların  intellektual potensialının ortaya çıxarılması və formalaşmasına xidmət edir.

Azərbaycan Universitetinin dəstəyi ilə həyata keçirilən "Sağlam bir dünya üçün yaşıl enerji" mövzusunda müsabiqə enerji səmərəliliyinin artırılması və effektivliyinin təmin olunması, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin təbliğatına yönəlmiş yeni  bir addım oldu. Gənc tədqiqatçılar üçün innovativ ideya platforması olan müsabiqə tələbə, magistrant, doktorant və dissertantların  intellektual potensialının ortaya çıxarılması və formalaşmasına xidmət edir.

Bu barədə univesitetin elmi işlər üzrə prorektoru, müsabiqə komissiyasının sədri Yüsif Qasımov müxbirimizə bildirmişdir ki, mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi,  alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsi həm milli, həm də qlobal səviyyədə iqtisadi-ekoloji əhəmiyyətli məsələ kimi aktuallığını saxlayır.  Enerji sərfiyatının idarə olunması planetimiz üçün böyük təhlükə yaradan iqlim dəyişkənliyinin qarşısının alınmasında önəmli məsələlərdəndir. Təqdirəlayiq haldır ki, Azərbaycan Universitetinin keçirdiyi bu müsabiqə ölkədə fəaliyyət göstərən bütün ali məktəblərin tələbə, magistrant və doktorantlarına Azərbaycan şəraitində həyata keçirilə biləcək ideya və təkliflərini təqdim etmələrinə şərait yaradıb. 5 istiqamət və 2 mərhələdə təşkil olunan müsabiqənin birinci turuna 19 universitetdən 30 iş daxil olmuşdu. Təqdim olunmuş işlərin müvafiq komissiya üzvləri tərəfindən seçimi aparılmış və onlardan 14-ü ikinci turda iştirak etmişdi. Finalçılar arasında Azərbaycan Texniki Universiteti, ADA Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Fransa-Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Universitetinin tələbə, magistrant və doktorantları var.

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, AMEA-nın elmi tədqiqat-institutlarının və ölkənin qabaqcıl ali məktəblərinin mütəxəssis və alimlərindən ibarət olan komissiya işlərin aktuallığı, yeniliyi, orijinallığı, innovativliyi, nəzəri və tətbiqi əhəmiyyəti kimi kriteriyalar ilə yanaşı təqdimatın hazırlanması, interaktiv materiallardan istifadə edilməsi və auditoriyaya çatdırlması da qiymətləndirilib. Komissiya yekun seçim qərarını Novruz bayramı ərəfəsində açıqlanaçaq və qaliblərin mükafatlandırılması mərasimi Azərbaycan Universitetində keçiriləcəkdir.

Gənc tədqiqatçıların ideya və təşəbbüslərinin dəstəklənməsi məqsədiylə qaliblərə  I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcəkdir. Müsabiqənin şərtlərinə əsasən I yerin sahibini 800, II yerin sahibini 600, III yerin sahibini isə 400 manat məbləğində pul mükafatları gözləyir. Qalib işlərin elmi rəhbərləri və məsləhətçiləri də diplomlarla təltif ediləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31