Sosial biznes ideyası: Azərbaycan üçün önəmi

Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə oktyabrı ayının 12-də UNEC-də "Sosial biznes: Azərbaycanda reallıqlar və perspektivlər” adlı konfrans keçirilmişdir. Konfransda sosial biznes ideyasının Azərbaycan üçün önəmi ətrafında professor-müəllim heyətinin iştirakı ilə müzakirələr aparılmışdır. Bu müzakirənin doğurduğu marağı nəzərə alıb mövzunun daha çox ictimailəşməsinə xidmət edən prosesə öz tövhəmizi verməyi qərara aldıq.

Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə oktyabrı ayının 12-də UNEC-də "Sosial biznes: Azərbaycanda reallıqlar və perspektivlər" adlı konfrans keçirilmişdir. Konfransda sosial biznes ideyasının Azərbaycan üçün önəmi ətrafında professor-müəllim heyətinin iştirakı ilə müzakirələr aparılmışdır. Bu müzakirənin doğurduğu marağı nəzərə alıb mövzunun daha çox ictimailəşməsinə xidmət edən prosesə öz tövhəmizi verməyi qərara aldıq.

Azərbaycanın dövlət gəlirində uzun illər neft sektorunun dominant rolu olmuşdur. Dövlət büdcəsinin formalaşmasına Neft Fondundan transfertlər və transmilli neft şirkətlərinin əldə etdiklri gəlirlərdən vergi ödəmələri qeyri-neft sektorundan daxilolmaları kölgədə saxlamışdı. Qeyri-neft sektorundan büdcə daxilolmalarında payı çox yüksək olmurdu. Belə bir vəziyyətdən çıxış yollarından biri kimi postneft dövrü ilə bağlı preventiv tədbirlərə hazırlıq ola bilərdi. Postneft dövrünün əsas çağrışlarından biri məhz sahibkarlıq subyektlərinin iqtisadi fəallığı hesabına vergilər vasitəsilə büdcə yükününün təmin edilməsini əsas prioritetə çevrilməlidir. Başqa sözlə iqtisadi fəaliyyətlə məşğul olan subyektlərə yaradılan təşviq hesabına onların daha çox vergi ödəyici olması və onların "çiyinləri" üzərində dövlət büdcəsini saxlamaqdır. Bu zaman biznes sferasında əvvəlki bazar iştirakçıları ilə kifayətlənmək yox, yeni bazar oyunçularının sayını artırmaqla işgüzar aktivliyi təmin etmək əsas prioritetə çevrilməlidir. Bu mənada sosial biznes ideyası diqqəti çəkir. Sosial biznes ideyasının müəllifi, iqtisadiyyat üzrə "Nobel" mükafatçısı Muhammad Yunusun praktik təşəbbüsləri dərindən dərk olunması zərurətə şevrilir. Bu ideyanın replikasiyasından (digər ölkələr üçün çıxarılan nəticələr) çıxış edərək onun ölkəmiz üçün önəmi yaxından öyrənilməlidir. Bu ideyanın əsas tətbiq məkanı sayılan Banqladeşdə sosial biznesin inkişafını təmin edən faktorlar dəqiq öyrənilməlidir. Yoxsulluq dərinliyində olan insanları necə təminatlı ailələrə çevriməyin mexanimzləri biz iqtisadçılardan dəqiq araşdırılma tələb edir. Bu ideyanın özü də elə bir ölkədə həyata vəsiqə almışdı ki, həmin ölkə müharibədən yenicə çıxmış və bütün ümidlər dəfn edilmişdi. 1971-ci ildə Banqladeş müstəqillik mübarizəsində qalib gəlməsinə baxmayaraq böyük tələfatlar var idi. İç milyon nəfər banqladeşli öldürülmüş, 10 milyon insan isə qonşu Hindistana sığınaraq canını bir təhər qurtarmışdı. Müharibənin olkəni viran qoyduğu bir məqamda ABŞ-da özünün parlaq bir karyerasını yarımçıq qoyub öz doğma ölkəsinə qayıdan M.Yunus ölkənin quruculuğunda iştirak etməyə qərar verir. Bu qayıdışı özünə borc bilən gələcək "Nobel"çi sosial biznes ideyasını praktik icraçısına çevrilərək ölkəsini yoxsulluq girdabından necə çıxarmaq missiyasının reaalşdırması üzərində gecə-gündüz işləyir. Cəmi 42 nəfərə 27 dollar (takanın dollara konvertasiyası) aztəminatlı ailələrə kredit verməklə işə başlayan Muhammad Yunus sonradan daha böyük miqdarda krediti cəmiyyətin xidmət vasitəsinə çevrən şəxsə çevrilir. 1976-cı ildə 1050 dollarla kredit portfeli olan M.Yunus sonradan rəhbəri olduğu Grameen Bankı 1998-ci ildə 2,4 milyard dollarlıq vəsaitini 2,33 milyon borcalana paylamağa nail olmuşdu. Məhz sosial biznesin inkişafı nəticəsində 120 milyon əhalisi olan Banqladeşdə yoxsulluğun səviyyəsi əhəmiyyətli sürətdə aşağı düşdü. Kütləvi intihar, aclıqdan-səfalətdən ölən və sabaha inamlarını itirən insanları Grameen bankı xilas etməkdə tarixi uğura imza atdı. Məhz uzun müddətli təsirli tədbirlər hesabına "Grameen" özünə bir ad qazanmışdı - "keçmiş yoxsulların bankı". Belə bir bankın hesabına qazanılan sosial etimad bankçılığın istismarçı mahiyyətinə yenidən baxılmasına səbəb oldu. Məhz sosial biznes ideyası indiyə qədər iqtisadiyyatı nüfuzdan salan kreditləşməyə yeni məzmun verdi və ona inam yaratdı. Kreditin yalnız kreditorun maraq və mənafeyinin məhək daşı olmadığı ictimaiyyətə məlum oldu. Kreditin məzmununda istismarçı məzmun olmayanda o hər iki tərəfin ortaq maraqlarının aparıcı hissəsinə və uzlaşma nöqtəsinə çevrilir. Elə simvolik həddə kredit faizləri nəzərdə tutulur ki, bu həddə normal sahibkar gəlirlərinin cüzi bir hissəsini kreditora ödəməklə asanlıqla fəaliyyətini genişləndirə bilir.

Digər tərəfdən isə bizneslə məşğul olmaq yalnız biznes elitasının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Onu bir qrup insanın (yalnız böyük biznes subyektləri) fəaliyyət dairəsində olmalı deyil. Bu sfera azacıq biznes təşəbbüsü olan hər bir insana açıq olmalıdır. Cəmiyyətdə adi pinəçidən başlamış evində qamışdan stul düzəldib satana qədər çoxsaylı vətəndaşları əhatə etməlidir. Onların gəlir əldə etmək təşəbbüsü və bacarığına ucuzlu kreditlər qol-qanad verməlidir. Bu mənada Grameen bankı kommersiya baxımından özünü doğrultmuşdur və insanların həyatlarını fəal şəkildə dəyişdirmişdir. Grameen uğur əsasında daha yüksəklərə qalxaraq digər sahələrə də yayılmağı bacarmışdır. Və nəticədə icmaların həyat keyfiyyəti yaxşılaşmışdır.

Sahibkarın düşüncəsində sosial meyarlar kənarda qalanda o gəliri daha çox maksimumlaşdırmaq düşüncəsində köklənir. O sosial ölçüləri nəzərə alanda biznesin coğrafiyasını daha çox genişləndirmək və həssas sosial qrupların inkişafının təşviq edilməsinə nail olur. Bu mənada sosial biznes ideyası hər bir insanın potensial sahibkar olmaq qabiliyyətini nəzərə alır. Həmin potensialı hərəkətə gətirmək üçün daha çevik qərarlar qəbul etmək və təlim görmüş şəxslərin biznes-planlar hazırlanmasını yardım etməkdən başlamış çoxistiqamətli təşviq imkanlarını nəzərə alınır. Bununla bağlı M.Yunus özünün "Kasıbların bankiri" əsərində yazır: "Mən inanıram ki, bütün insanlar potensial sahibkarlardırlar. Bizim bəzilərimiz bu istedadını nümayiş etdirmək imkanı əldə edir, başqaları isə heç vaxt belə bir imkan qazanmır. Bunun səbəbi bizdə olan təsəvvürlərdir ki, guya sahibkarlar bizdən fərqli, olduqca əlahiddə insanlardırlar." Deməli, sahibkarlıq sadəcə xüsusi imtiyazlı zümrə deyil, sadəcə gəlir əldə etmək təşəbbüsü olan və istehsal amillərini (xammal, əmək, maliyyə, avadanlıq) bir araya gətirmək gücünü özündə görən iradəli şəxsdir. Sosial biznes ideyası sahibkarları iri məbləğli maliyyə resursları ilə təmin etmir, pulu olmayan ailəsi üçün çörək pulu qazanan hər bir təşəbbüskar insana dəstək olmağı qarşısına hədəf qoyur. Çünki mikrokreditlər ailələrdə mühərriki hərəkətə gətirir və ona xidmət üçün çalışan insanların sayını artırır. Bu mənada sosial biznes ideyasının bir mühərrik olaraq çalışmasında 2 mühüm sosial qrup nəzərə alınır: qadınlar və yoxsullar. Bu ideyada əsas güc yoxsulluğun azaldılması üçün təsirli tədbirlərin həyata keçirilməsi üçün düşünülmüş dəqiq hədəflər müəyyənləşməsini tələb edir. M.Yunusun daxilən inandığı odur ki, yoxsulluq iqtisadi nəzəriyyənin qüsuru kimi meydana çıxır. İqtisadi nəzəriyyənin düşüncə gücünü artırmaqla yoxsulluqdan bütün cəmiyyətləri xilas etmək olar. Bunu edə bilməməyin tək səbəbi kimi müəllif idarəetməni əsas götürür: "Yoxsulluğu yaradan yoxsul insanlar deyildir. Bunu yaradan cəmiyyətin strukturları və onun həyata keçirdiyi siyasətdir. Banqladeşdə etdiyimiz kimi strukturu dəyişin, onda yoxsul insanların həyatlarını dəyişdiklərini görəcəksiniz. Grameen təcrübəsi göstərir ki, hətta kiçik maliyyə dəstəyi varsa, yoxsullar öz həyatlarına inanılmaz dəyişikliklər gətirməyə qadirdirlər." Bunun üçün onların təşəbbüsləri ilə yanaşı onlara kredit təklif edən kreditorların da görüləsi mühüm payı vardır. Sosial biznesin tərəfdarları bilik və bacarıqlara sahib olmadan bizneslə məşğul olan şəxslərə kreditlərin verilməsini təhlükəli hesab etdiyi üçün indiyə qədərki ənənəvi metodlarla mübarizə üçün yeni yanaşmaları işə salmışdı. Bəzən inzibati-amirlik sistemindən qurtulub yenicə bazar iqtisadiyyatı sisteminə keçən ölkələrdə yalnış bir təsəvvür formalaşıb. Onlara elə gəlir ki, azad bazar sosial problemləri avtomatik həll edir. Sosial problemləri yalnız effektiv sosial infrastruktur sisteminin qurulması ilə aradan qaldırmaq olar. Bunu nə qədər tez etsək, bir o qədər yoxsulluq fenomenini müəyyən sosial qrupların həyatından silmiş olarıq. O zaman yoxsulluq yalnız tənbəllərin və təşəbbüsü olmayan insanların nəsibi olaraq meydana çıxacaq. Kim könüllü seçim əsasında yoxsulluğu seçər? Bu sual bizi dərindən düşündürərək çoxistiqamətli rasional qərarların verilməsini bizləri gözləyir.

UNEC-in "Biznesin idarəedilməsi" kafedrasının müdiri, dos. Məhəmməd Əliyev,

Müəllim Məhəmməd Talıblı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31