Türkiyə Azərbaycanı itirməyi gözə almaz

"Türkiyə prezidentinin Sarkisyanı inauqurasiya mərasiminə dəvət etməsində qeyri-adi heç nə yoxdur. Bu sadəcə diplomatik protokol qaydasıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu səsləndirib:" Turkiyənin yeni prezidentinin andiçmə mərasiminə də qonşu ölkələrin hamısının rəhbərləri dəvət olunub. Hesab etmirəm ki, Sarkisyanın təbrik məktubu və ya inauqurasiyada iştirakı Türkiyə-Ermənistan münasibətlərində yeni səhifənin açılmasına təkan verəcək. Türkiyə vətəndaşları və ictimaiyyəti buna hazır deyil. Fikrimcə, Türkiyə-Ermənistan yaxınlaşmasını söyləyənlər yanılırlar və bu cür proqnozlar verməklə tələskənliyə yol verirlər". Mərkəz sədri deyib ki, Türkiyə, iqtidarda kimin əyləşməsindən asılı olmayaraq Azərbaycanı bir müttəfiq və qardaş ölkə olaraq itirməyi heç bir zaman gözə almaz: "Ermənistanla rəsmi Ankaranın münasibətlərinə isə Azərbaycan, təkcə dövlət səviyyəsində deyil, həm də ictimai platformada son dərəcə həssas yanaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31