Əfv Komissiyası: “Əfv sərəncamı olmayacaq” AÇIQLAMA

“Son əfv sərəncamından bir ay keçdiyindən Əfv Komissiyası toplanmayıb”

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından verilən məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə əfv sərəncamı gözlənilmir. "Sonuncu əfv sərəncamının üzərindən çox az müddət keçib. Ona görə də 31 dekabrda əfv olmayacaq. Son bir ay olar ki, Əfv Komissiyasının iclası da keçirilməyib. Odur ki, əfv sərəncamı imzalanmayacaq".
Qeyd edək ki, sonuncu əfv sərəncamı bu il oktyabrın 14-də imzalanıb. Bu əfv sərəncamı ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev də əfv olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31