Ağ Evin GSA-ya KİV ilə bütün müqavilələri ləğv etmək tapşırığı verdiyi bildirilib – ÖZƏL

Ağ Ev hökumət üçün alış-veriş və texniki xidmətlər təmin edən Ümumi Xidmətlər İdarəsinə (GSA) "kütləvi informasiya vasitələri ilə bütün müqavilələri ləğv etmək" tapşırığı verib. 

Olaylar.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Portalın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın administrasiyasından göndərilən yazıda, GSA komandası, "bugün yalnız GSA ilə əlaqəli hər bir media müqaviləsini ləğv edin" deyə bildirilir.

Hökumət orqanına yazılan məktubda, xüsusən Politico, BBC və Blumberg ilə olan müqavilələrin tez bir zamanda pozulması lazım olduğu vurğulanıb.

Yeni qurumun rəhbəri və Amerika hökumətinin səmərəliliyini artırmaq üçün yaradılan DOGE-nin (Hökumət Səmərəliliyinin Artırılması Departamenti) rəhbəri İlon Mask, ABŞ hökumətinin bir sıra media orqanlarına olan maliyyə dəstəyini dayandırdığını bildirib. Mask, Politico, The New York Times və Associated Press agentliyini qeyd edərək, Ağ Evin "gərəksiz xərclərlə mübarizə apardığını" əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31