Binəqədi rayonunda Rumıniya Mədəniyyəti Günü

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və  Rumıniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mədəniyyət günü Rumıniyanın xalq şairi, bəstəkar  Corc  Enescunun 135 illik yubileyinə həsr  edilib. Tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu, Rayon İcra Hakimiyyətinin, səfirliyin əməkdaşları, icra və bələdiyyə sədri  iştirak ediblər. Səfirliyin əməkdaşları və tədbir iştirakçıları tanınmış  rumın xalq şairi, bəstəkar Corc  Enescunun  Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31