Binəqədi rayonunda Rumıniya Mədəniyyəti Günü
18 Yanvar 2016 15:59 SosialBinəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rumıniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mədəniyyət günü Rumıniyanın xalq şairi, bəstəkar Corc Enescunun 135 illik yubileyinə həsr edilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu, Rayon İcra Hakimiyyətinin, səfirliyin əməkdaşları, icra və bələdiyyə sədri iştirak ediblər. Səfirliyin əməkdaşları və tədbir iştirakçıları tanınmış rumın xalq şairi, bəstəkar Corc Enescunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoyublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31