Binəqədidə 200-dən çox əlilə hədiyyə verilib
3 Dekabr 2014 17:39 Sosial"3 Dekabr - Beynəlxalq Əlillər günü" ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalıəlil ailələrinə baş çəkilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əlil ailələrinin evində olmuş və ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib. A. Əliyeva əlil ailələrinin problemlərini dinləyib və onlara Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyə və yardım sovqatını təqdim edib. Ümumillikdə, bugün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Rayon ərazisində yaşayan 200-dən çox əlilə hədiyyə və yardım sovqatı verilib.