“İnsanlar teatrlardan üz çeviriblər” – Zülfüqar Abbasov

Son zamanlarda Azərbaycanda insanların teatrlara olan marağı tamamilə yox dərəcəsinə enib. Buna səbəb Azərbaycan teatrlarında rejissor işinin aşağı olması, səhnəyə professional aktyor axının az olması, teatr rəhbərliklərinin bu istiqamətdə təbliğati işlərlə məşğul olmamaları və s.dir. "Azərbaycanda insanların teatrlara o qədər də həvəsli olmamasının səbəbi teatrların üzərinə düşən vəzifələrin məsuliyyətini hiss etməmələridir.Teatrların əksəriyyəti hal-hazırda hoqqabazlıqla məşğuldur" deyən respublikanın xalq artisti, rejissor Zülfüqar Abbasovun sözlərinə görə yaxşı təşkil olunan, reklamı yaxşı gedən teatrlarda vəziyyət yaxşıdır, məsələn bu gün Mingəçevir Dövlət Dram Teatrında (MDDT) tamaşaçı baxımından yaxşı səviyyə var. Yəni ki, bu gün reklam məsələsində təşkilati işlərlə məşğul olan adamlardan çox şey asılıdır. Əgər teatrlar bazar iqtisadiyyatına gedirsə o heç nəyə nail olmayacaq. Bu istiqamətdə  MDDT-da işlər sistemli şəkildə qurulub, tamaşaçı da gəlir, tamaşa vaxtı zal tamaşaçılarla dolur və planı da vaxtı-vaxtında verir. 60-70-ci illərə nəzərən 2000-ci ildən başlayaraq bir növ Azərbaycan teatrları özlərindən ayrıldılar, nə işlə məşğul olacaqlarını tamamilə itirdilər. Aktyor sənəti ölür, texnikaya üstünlük verilir, səhnədə insan nəfəsi olmayanda o tamaşa izləyici üçün də maraqlı olmur. Eksperimentlər, reforma, yeniləşmə adından teatrların belini qırdılar. Tofiq Kazımov, Mehdi müəllim, Məhərrəm Haşımov kimi rejissorların ənənələri ölüb getdi. İndi teatrlarda hoqqabazlıq baş alıb gedir, məntiqə uyğun olmayan tamaşalar səhnələşdirirlər, bu da insanları teatrlardan qaçırır. Səhnədə tamaşaların düzgün göstərilməməsi nəticəsində insanlar taeatrlardan üz döndərdilər" (OLAYLAR İA)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR