Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə vətəndaş qəbulu keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilir ki, Energetika Nazirliyində təşkil olunan qəbul zamanı mənzilin təbii qaz təchizatı, qaz sayğacının dəyişdirilməsi, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

