ABŞ Azərbaycanın enerji gələcəyini dəstəkləməyə sadiqdir— Dövlət Departamenti

Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji gələcəyini dəstəkləməyə sadiqdir. 

Bunu bu gün ABŞ Dövlət Katibinin Enerji və Kritik Minerallar üzrə köməkçisinin müavini Reggie Singh ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və biznes konfransında çıxışı zamanı bildirib.

"Bol və etibarlı enerji mənbələri rifahın və təhlükəsizliyin təməl daşıdır və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyini və əlaqəni genişləndirmək, iqtisadi artımı sürətləndirmək və daha çiçəklənən, sabit və inteqrasiya olunmuş bir region qurmaq üçün Azərbaycan, Cənub Qaz Dəhlizi ölkələri və Orta Asiya dövlətləri ilə əməkdaşlığa hazırdır. Amerika Birləşmiş Ştatları, o cümlədən ExxonMobil şirkətinin Azərbaycanla ölkənin qeyri-ənənəvi quru neft ehtiyatlarının kəşfiyyatı ilə bağlı müqaviləsi kimi müqavilələr vasitəsilə Azərbaycanın enerji gələcəyini dəstəkləməyə sadiqdir", - o deyib.

Təbii qaza gəldikdə, Sinq qeyd etdi ki, ABŞ qazın onilliklər ərzində etibarlı, əlverişli və təhlükəsiz enerji üçün əsas yanacaq olaraq qalacağını qəbul edir.

"Çox qısa müddət ərzində Amerika Birləşmiş Ştatları Avropaya ən böyük LNG tədarükçüsünə çevrilib və biz qarşıdakı illərdə ABŞ-ın LNG ixracını genişləndirməyə sadiqik. Amerika Birləşmiş Ştatları həmçinin Azərbaycanla qeyri-enerji iqtisadiyyatının inkişafında, o cümlədən Trans-Xəzər fiber-optik xətti layihəsi üzrə əməkdaşlıqda tərəfdaşlıq etməyə çalışır və özəl sektorla əməkdaşlıq çərçivəsində gələcəkdə məlumat mərkəzlərinin tikintisini səbirsizliklə gözləyir", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31